Birgə patrul xidməti başa çatdı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyada, Fəratın şərqində təhlükəsiz bölgənin yaradılması çərçivəsində 2-ci birgə patrul xidmətini başa vurdu.

1275549
Birgə patrul xidməti başa çatdı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyada, Fəratın şərqində təhlükəsiz bölgənin yaradılması çərçivəsində 2-ci birgə patrul xidmətini başa vurdu.

TSQ və ABŞ konvoyunun Suriyada təhlükəsiz bölgə yaratma prosesi çərçivəsində həyata keçirdikləri birgə patrul xidməti təşkilatlanma və hərəkat olmaqla iki mərhələdən ibarətdir.

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsinin 15 km şərqində Türkiyə bayrağı daşıyan 4 zirəhli texnikadan ibarət TSQ konvoyu quruda həyata keçirilən birgə patrul xidmətində iştirak etmək üçün sərhəd məntəqəsini keçərək, ABŞ konvoyuna qoşuldu.

Sərhədin sıfır nöqtəsində bir araya gələn iki ölkənin konvoy komandanları burada bir müddət görüş keçirdi və patrul xidmətinin planını müzakirə etdi. Hərbi konvoy daha sonra təqribən 15 km şərqdəki Süluk qəsəbəsinə tərəf üz tutdu. Bu istiqamətdə  bir müddət nəzarət keçirən birgə patrul xidməti konvoyunun keşiyi təqribən 3,5 saat davam etdi.

Xeyli sayda mətbuat nümayəndəsi sərhədin sıfır nöqtəsində baş verənləri izlədi.

TSQ konvoyu patrul xidmətinin başa çatmasından sonra sərhəd xəttinə qayıtdı.

Birgə patrul xidmətində pilotsuz uçuş aparatları da iştirak etdi.

Xatırladaq ki, TSQ və ABŞ hərbi hissələri daha əvvəl bir dəfə quruda birgə patrul, 6 dəfə isə birgə helikopter uçuşu həyata keçirdi. Fəratın şərqində sentaybrın 8-də həyata keçirilən ilk birgə patrul xidməti fəaliyyətləri quruda təqribən 3 saat davam etdi.



Әlaqәli Xәbәrlәr