“Təbii Qətiyyətlilik” əməliyyatı çərçivəsində Suriya hava məkanında uçuş həyata keçirildi.

Türkiyə ilə ABŞ-ın Suriya sərhədində quruda keçiriləcək ikinci birgə patrul xidməti üçün hazırlıqlar davam edir.

“Təbii Qətiyyətlilik” əməliyyatı çərçivəsində Suriya hava məkanında uçuş həyata keçirildi.
suriye askeri sevkiyat.jpg

“Təbii Qətiyyətlilik” əməliyyatı çərçivəsində Suriya hava məkanında uçuş həyata keçirildi.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Təbii Qətiyyətlilik” əməliyyatı çərçivəsində Hava Qüvvələri Komandanlığına məxsus iki “F-16” ilə yərli vaxtla saat 10.00-12.00 arasında Suriyanın hava məkanında uçuş həyata keçirildi” ifadəsi yer aldı.

Digər tərəfdən Türkiyə ilə ABŞ-ın Suriya sərhədində quruda keçiriləcək ikinci birgə patrul xidməti üçün hazırlıqlar davam edir.

Şanlıurfa vilayətinin Akçakale qəsəbəsində komandoları daşıyan 10 zirəhli texnika, üzərlərindəki Türkiyə bayraqları ilə quruda ehtimal olunan patrul xidməti üçün hazır hala gətirildi.

Qeyd edək ki, iki ölkə arasında quruda ilk patrul vəzifəsi sentaybrın 8-də həyata keçirildi.

Türkiyə Silahlı Qüvvələri sərhəd dəstələrinə əlavə hərbi silah-sursat göndərilməkdə davam edir.

Hatay şəhərinə göndərilən 20 zirəhli texnika personalı daşıyan maşın təhlükəsizlik tədbirləri altında sərhəd xəttinə göndərildi.

Zirəhlilərlə yanaşı komandolar da bölgəyə göndərildi.



Әlaqәli Xәbәrlәr