Hüsaməddin Aşina İran ilә ABŞ arasındakı gәrginliyi qiymәtlәndirib

İran prezidenti Həsən Ruhaninin müşaviri Hüsaməddin Aşina Səudiyyə Ərəbistanı ilə İran arasında əhatəli sülhün әldә olunmasının  mümkün ola biləcəyini bildirib.

1273359

Prezident Aparatının strateji araşdırmalar mәrkәzinin sәdri vәzifәsini dә icra edәn Hüsaməddin Aşina şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Sәudiyyә Әrәbistanının milli neft şirkәti olan ‘‘Saudi Aramco’’ya tәşkil olunan hücumdan sonra İran ilә Amerika Birlәşmiş Ştatları vә Sәudiyyә Әrәbistanı arasındakı gәrginliyi qiymәtlәndirib.

Hüsaməddin Aşina ABŞ-ın  bölgәdә hәyata keçirәcәyi hәr hansı bir  hәrbi müdaxilәnin müharibә ilә nәticәlәnәcәyini deyib. Aşina  bildirib ki, Sәudiyyә Әrәbistanı fәrqli yol seçәrsә әhatәli sülh әldә oluna bilәr.

Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş vermişdi. Yəmənin üsyançı husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir.

Әlaqәli Xәbәrlәr