Türkiyə İran ilə ticarət həcmini artırır

Türkiyə İran ilə iqtisadi əlaqələri gücləndirir. Xarici İqtisadi Əlaqələr heyəti və Dünya Türk İş Şurasının sədri Nail Olpak bu barədə məlumat yayıb.

1271954
Türkiyə İran ilə ticarət həcmini artırır

Olpak, paytaxt Ankarada baş tutan Türkiyə-İran İş Forumunda etdiyi çıxışında Türkiyənin İran ilə ticarət həcminin məqbul səviyyədə olduğunu ancaq bunun qənaətbəxş olmadığını bildirib. İki ölkə arasındakı ticarət həcminin artırılmasına dair problemlərin isə iş adamlarının niyyət və səyləri ilə həllinin mümkün olduğunu qeyd edib. İrandan bəzi gözləntilərinin olduğunu ifadə edən Olpak: “İranın min 800 məhsulun idxalına qadağan qoyması və bu məhsulların 68-nin Güzəştli Ticarət Sazişi tərkibində iştirakı bizi kədərləndirdi İranda investisiya qoymuş şirkətlərimiz obyektlərində istehsalın davam edəbilməsi üçün idxal etdikləri xammalı gömrüklərdən çıxarmaqda çətinlik çəkirlər. Bu da onların istehsalını ləngidir. Bu məqamda İranlı rəsmilərdən lazımlı addımları atmalarını gözləyirik”-deyə vurğulayıb.

İran Prezident Aparatının rəsmisi Mahmud Vaizi də bəzi türk bankların və iş adamlarının Amerikanın sanksiyaları ilə əlaqədar tərəddüdlərinin olduğunu ifadə edərək: “Heç bir türk iş adamının əziyyət çəkməsini və təzyiq altında qalmasını istəmirik. Bu müştərək komissiyada bizim üçün vacib olan, iki ölkə arasında ticarət əlaqələrinin azalmasının qarşısını almaqdır”. Tədbirdə Türkiyə ilə İran səhiyyə nazirlikləri arasında əməkdaşlıq edilməsinə dair fəaliyyət planı imzalandı.

 



Әlaqәli Xәbәrlәr