Putin ilə İbn Salman “Saudi Aramco” obyektlərinə edilən hücumu müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd İbn Salman arasında telefon danışığı olub.

1271899
Putin ilə İbn Salman “Saudi Aramco” obyektlərinə edilən hücumu müzakirə etdi

İki lider danışıq zamanı “Saudi Aramco” obyektlərinə edilən hücumu müzakirə edib.

Kremlin Mətbuat Xidmətindən mövzu ilə əlaqəli məlumat yayılıb. Bildirilib ki, Putin və Selmanın telefon danışığı zamanı Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”-ya edilən hücumlar müzakirə olunub. Putin hücumlar ilə əlaqəli qərəzsiz və hərtərəfli araşdırma aparılmasının vacibliyini bildirib. Qlobal enerji bazarında cərəyan edən prosesləri də qiymətləndirən liderlər, Neft İxrac edən ölkələr təşkilatı tərəfindən qəbul edilən qərarıların tətbiqi və qlobal neft qiymətlərinin sabitliyə qovuşdurulması kimi mövzular ilə əlaqəli güclü əməkdaşlığın davam edəcəyini vurguladılar.

 



Әlaqәli Xәbәrlәr