Mixail Mizintsev ABŞ-ın Suriyada yürütdüyü siyasәtә diqqәt çәkib

Rusiya Müdafiә Nazirliyinin milli nәzarәt mәrkәzinin sәdri Mixail Mizintsev Amerika Birlәşmiş Ştatları vә müttәfiqlәrinin Suriyadakı qeyri-qanuni mövcudluğunun sülh prosesinә zәrbә vurduğunu deyib.

1272001

Mixail Mizintsev Rusiya Müdafiә Nazirliyindә tәşkil edilәn mәtbuat konfransında  ABŞ-ın Suriya siyasәti ilә bağlı  açıqlama verib.

Amerika Birlәşmiş Ştatları vә müttәfiqlәrinin Suriyanın gәlәcәyinә әhәmiyyәt vermәdiyini deyәn Mixail Mizintsev bildirib ki, ABŞ geosiyasi arzularını hәyata keçirmәk üçün Suriyadakı gәrgin mühitә ehtiyac duyur.  

Mizintsev separatçı terror tәşkilatı YPG/PKK-nın nәzarәtindәki Haseke şәhәrindә yerlәşәn ‘‘Al Hol’’ düşәrgәsindәki vәziyyәtin çox pis olduğunu ifadә edәrәk deyib: ‘‘Al Hol düşәrgәsi ABŞ-ın Suriyada yürütdüyü dağıdıcı siyasәtin nümunәsidir’’.

Әlaqәli Xәbәrlәr