İran rəsmisi 3 avstraliyalının həbs olunduğunu bildirib

İran Məhkəmə Şurasının rəsmisi Qulam Hüseyn İsmaili biri casusluq ittihamı olmaqla 3 Avstraliya vətəndaşının həbs olunduğunu təsdiqləyib.

1271112
İran rəsmisi 3 avstraliyalının həbs olunduğunu bildirib

Bu barədə İran dövlət televiziyası xəbər verib. Xəbərə görə, İsmaili paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ikisi Avstraliya-Britaniya, digəri yalnız Avstraliya vətəndaşı olan 3 nəfərin İranda həbs olunduğu xəbərlərinə dair sualı cavablandırıb. İsmaili açıqlaması zamanı həmin şəxslərin hərbi bölgələrin görüntülərinin çəkilməsi və casusluq fəaliyyətlərindən dolayı yaxalandıqlarını diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr