İran ABŞ ilə bağlı nəhai şərtini açıqladı

İranın dini lideri Əli Xamenei ABŞ ilə heç bir seviyyədə görüşün mümkün olmadığını bildirib.

1270877
İran ABŞ ilə bağlı nəhai şərtini açıqladı

İran rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Dini lider Əli Xamenei paytaxt Tehranda etdiyi çıxışında: “Ölkədəki bütün səlahiyyətlilər, prezidentdən xarici işlər nazirinə qədər hər kəs ABŞ ilə ikitərəfli və ya çoxtərəfli danışıqların keçirilməməsi mövzusunda  həmfikirdir. ABŞ prezidenti Donald Tramp ölkəsindəki və Avropa ölkələrindəki müxalifətə "İrana qarşı təzyiqin artırılmasını mübarizənin yeganə yolu olduğunu sübut etməkdə səy edir. İranın Vaşinqton ilə stol başında əyləşməsi rəsmi Tehranın bu ölkəyə boyun endirdiyi mənasını verər. Buna görə belə bir fikrimiz olabilməz. Əgər ABŞ sözünü geri götürsə, tövbə edib və təktərəfli çıxdığı nüvə müqaviləsinə yenidən qayıdarsa nüvə razılaşmasına tərəf ölkələr ilə yanaşı danışıqlara qatılabilərik. Əks təqdirdə Nyu-Yorkda və ya başqa yerlərdə İran hakimiyyəti ilə ABŞ rəsmiləri arasında heç bir danışıq olmayacaq"- deyə Xameneyi vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr