Fərat çayının şərqində birgə helikopter uçuşu

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyada Fərat çayının şərqində təhlükəsiz bölgə birinci mərhələ prosesi çərçivəsində 5-ci birgə helikopter uçuşu keçirir.

1270401
Fərat çayının şərqində birgə helikopter uçuşu
tsk-abd firat helikopter ucusu1.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyada Fərat çayının şərqində təhlükəsiz bölgə birinci mərhələ prosesi çərçivəsində 5-ci birgə helikopter uçuşu keçirir.

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsindəki Birgə Hərəkat Mərkəzində havada fəallıq yaşanır.

Türkiyə Silahlı Qüvvələrinə məxsus 2 helikopter ilə ABŞ Silahlı Qüvvələrinə məxsus 2 helikopter qəsəbədən havaya qalxıb. Helikopterlər sərhədin Suriya tərəfinə hərəkət edib.

TSQ və ABŞ helikopterləri daha əvvəl 4 dəfə birgə helikopter uçuşu, bir dəfə də quruda patrul xidməti göstərmişdi.



Әlaqәli Xәbәrlәr