Tel Rıfatlılar YPG/PKK və Əsəd rejiminə etirazlarını bildirdilər

Tel Rıfatlılar Türkiyə sərhədindəki Azez qəsəbəsində təşkilata və Bəşər Əsəd rejiminə etiraz edərək, evlərinə qayıtmaq istədiklərini bir daha dilə gətirdilər.

1269110
Tel Rıfatlılar YPG/PKK və Əsəd rejiminə etirazlarını bildirdilər

Suriyada terror təşkilatı YPG/PKK tərəfindən torpaqları işğal edilərək güclə köç etdirilən Tel Rıfatlılar Türkiyə sərhədindəki Azez qəsəbəsində təşkilata və Bəşər Əsəd rejiminə etiraz edərək, evlərinə qayıtmaq istədiklərini bir daha dilə gətirdilər.

Türkiyə sərhədindəki Azəz qəsəbə mərkəzində cümə namazından sonra bir araya gələn Tel Rıfatlılar Babüsselame sərhəd-keçid məntəqəsində evlərini işğal edən YPG/PKK və İdlibi bombalayan Əsəd rejiminə etirazlarını bildiriblər.

Aksiyada iştirak edən Tel Rıfatlılar “Arkıq geri qayıtma vaxtı gəlmədimi? Köhnəlmiş çadırlarımız nə yayın istiliyini nə də qışın şaxtasına dözmür”, “Neron öldü ancaq Roma ölmədi” yazılı plakatlar daşıyıblar.



Әlaqәli Xәbәrlәr