YPG/PKK ilə ASO arasında qarşıdurmalar baş verib

YPG/PKK terror təşkilatı ilə Azad Suriya Ordusu (ASO) arasında terrorçuların Tel Rifat bölgəsinin qərbindəki Mare bölgəsinə girməyə cəhd göstərməsi nəticəsində qarşıdurmalar baş verib.

YPG/PKK dünən gecə Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya ərazilərində yerləşən Azezin cənubundakı Mareyə girmək üçün hücum təşkil etdi.

İşğal etdiyi Tel Rifat bölgəsindən hücuma edən təşkilat ASO ilə Marenin cənub-qərbindəki Şeyx İsa və cənubundakı Harbil bölgələrində ağır silahlarla toqquşub. ASO terror təşkilatı tərəfindən edilən bir hücumun qarşısını alıb, iki əsgəri yaralanıb.

“Zeytun budağı” əməliyyatı nəticəsində Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat bölgəsində işğalını davam etdirir. Terror təşkilatı tez-tez ASO-nun nəzarətində olan yaşayış məntəqələrini hədəf alır.

Әlaqәli Xәbәrlәr