İran nüvə sazişi ilə bağlı üçüncü mərhələni elan etməyə hazırlaşır

İran nüvə sazişində iştirak edən tərəflərin Birgə Hərtərəfli Fəaliyyət Planına tam uyğun şəkildə qayıtmağa hazır olduğuna şübhə etdiyini və buna görə də Avropaya öhdəliklərini yerinə yetirmək üçün daha iki ay vaxt verdiyini açıqlayıb.

1263633
İran nüvə sazişi ilə bağlı üçüncü mərhələni elan etməyə hazırlaşır

Bu barədə bu gün İran prezidenti Həsən Ruhani hökumət iclasında açıqlama verib. "Biz Avropaya öz öhdəliklərinə və nüvə sazişinə dair danışıqlara qayıtması üçün daha iki ay vaxt veririk. İnanmıram ki, bu gün və ya sabah avropalılardan nəticə alacağıq”,-deyə Ruhani bildirib. Ruhani əlavə edib ki, Tehran "yaxın gələcəkdə xüsusi əhəmiyyət kəsb edən üçüncü mərhələni (nüvə sazişi üzrə öhdəlikləri azaltmaq üçün) elan edəcək." Bundan əlavə rəsmi Tehranın nüvə razılaşmasını saxlamaq üçün 15 milyard dollarlıq kreditdən imtina etdiyi barədə “Press TV” məlumat yayıb.



Әlaqәli Xәbәrlәr