Cavad Zərif: "ABŞ-ın sanksiyaları özlərinə belə iqtisadi zərər verəcək səviyyəyə gəldi"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının  İran Kosmos Agentliyi və iki tədqiqat institutunun sanksiya siyahısına daxil etməsini tənqid etdi.

1263739

 İran dövlət televiziyasına müsahibə verən Zərif: "ABŞ rəhbərliyi sanksiya narkomanı oldu. Sanksiya tətbiq etmədikləri ölkə yalnız özləridir. Bunun bir təsiri yoxdur. Artıq dünya da ABŞ-ı ciddi qəbul etmir" dedi.
 
 Vaşinqton rəhbərliyinin hər gün bir dövlətə qarşı sanksiya tətbiq etdiyini dilə gətirən Zərif: "ABŞ-ın sanksiyaları özlərinə belə iqtisadi zərər verəcək səviyyəyə gəldi" deyə bildirdi.
 
 Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi ötən gün İranın üç kosmos tədqiqatı firmasının "raket istehsalında iştirak etmələri" səbəbindən  sanksiya siyahısına salındığını  açıqlayıb.
 
Әlaqәli Xәbәrlәr