Azezdә partlayış, ölәn vә xәsarәt alanlar var

Suriyanın şimalındakı  Hələb şәhәrinin  Azez rayonunda minalanmış motosikletlә törәdilәn terror aktı nәticәsindә bir dinc sakin hәlak olub.

1263087
Azezdә partlayış, ölәn vә xәsarәt alanlar var

 

 

Suriyanın şimalındakı  Hələb şәhәrinin  Azez rayonunda minalanmış motosikletlә törәdilәn terror aktı nәticәsindә bir dinc sakin hәlak olub.

Hücum nәticәsindә ilkin mәlumatlara görә 11 mülki vәtәndaş da xәsarәt alıb. Hücumdan sonra baş verәn yanğın ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatı tәrәfindәn söndürülüb.

Hüquq-mühafizә orqanları bölgәdә tәhlükәsizlik tәdbirlәrini güclәndiriblәr.

Xәsarәt alanların bölgәdәki xәstәxanalara yerlәşdirildiyi bildirilir.

Türkiyә ilә sәrhәddә yerlәşәn Çobanbey bölgәsindә dә minalanmış motosikletlә partlayış törәdilib. Hadisә nәticәsindә ölәn vә ya yaralanan olmayıb.

Tәhlükәsizlik orqanları törәdilәn partlayışların terror tәşkilatı YPG/PKK tәrәfindәn hәyata keçirilmiş ola bilәcәyini bildirir.



Әlaqәli Xәbәrlәr