İran XİN sözçüsü: "Üçüncü addım daha güclü olacaq"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin nüvə müqaviləsinə dair öhdəliklərini azaltmaq istiqamətində atacağı üçüncü addımın əvvəlkilərdən daha güclü olacağını bildirdi.

1261954
İran XİN sözçüsü: "Üçüncü addım daha güclü olacaq"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin cümə günü nüvə müqaviləsinə dair  öhdəliklərini azaltmaq istiqamətində atacağı üçüncü addımla bağlı məlumat verdi.

 Musəvi: "Planlaşdırılma mərhələsi başa çatan və həyata keçirilməyə hazır olan üçüncü addım birinci və ikinci addımdan daha güclü olacaq" ifadəsini işlətdi.

 Sözçü diplomatik səylərin gözlənilən nəticəni verməsi halında atılan addımlardan geri dönüşün mümkün olacağına diqqət çəkdi, xarici işlər naziri Məhəmməd Cavad Zərifin Fransadakı görüşlərini və müavini Abbas Arakçinin bu gün Parisə edəcəyi səfərini nüvə müqaviləsinin qorunması istiqamətinə atılan diplomatik addımlar kimi səciyyələndirdi.

 Abbas Musəvi Avropa İttifaqı ölkələri nüvə müqaviləsi çərçivəsindəki vədlərini yerinə yetirdikləri halda İranın üçüncü addımı atmayacağını da qeyd etdi.



Әlaqәli Xәbәrlәr