İki inəyə yüklədikləri bombaları partlatmaqla terror hücumu törətdilər

İraq ordusundan yüzbaşı Əkrəm əl-Abidi Anadolu Agentliyinə verdiyi məlumatda bildirib...

1261708
İki inəyə yüklədikləri bombaları partlatmaqla terror hücumu törətdilər

  İraqda DAEŞ-in üzvləri iki inəyə yüklədikləri bombaları uzaqdan əmrlə partladaraq terror hücumu törətdilər.

  İraq ordusundan yüzbaşı Əkrəm əl-Abidi Anadolu Agentliyinə verdiyi məlumatda deyib:

  “Diyala vilayətinə bağlı Celavla qəsəbəsinin İslah kəndində DAEŞ terrorçuları qəribə bir hərəkətlə - iki inəyin üzərinə yüklədikləri bombaları uzaqdan əmrlə partlatmaqla terror hadisəsi törədib və bir adamın yaralanmasına səbəb olublar.”

  Qeyd edək ki, 2017-ci ilin dekabr ayında İraqın DAEŞ terrorundan qurtarıldığı bildirilsə də, ölkənin şərqindəki Diyala, şimalındakı Səlahəddin və Kərkük vilayətləri arasında yerlərdə hələ də silahlı hücumlar baş verir.“



Әlaqәli Xәbәrlәr