"Deyinməkdən yorulmayan Pompeo, biz neft satacağıq", M.C.Zərif

“Twitter” hesabından etdiyi şərhdə Pompeonun İrana aid gəmisinin Suriyaya getməsiylə əlaqədar sözlərinə cavab verən M.C.Zərif deyib...

1261610
"Deyinməkdən yorulmayan Pompeo, biz neft satacağıq", M.C.Zərif

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonun İrana aid “Adrian Darya-1” tankerinin Suriyaya getdiyi sözlərinə qarşılıq verərək "İstədiyimiz hər yerə və hər müştəriyə neft satacağıq" deyib.

  “Twitter” hesabından etdiyi şərhdə Pompeonun İrana aid gəminin Suriyaya getməsiylə əlaqədar sözlərinə cavab verən M.C.Zərif deyib:

  “ABŞ İranın müdafiə sistemləri və nüvə yanacağı satmasına qadağa qoyur, İran onları çıxarınca hay-küy salır, üstəlik dəniz quldurluğu və təhdidlə daimi müştərilərə neft satışına mane olur. Deyinməkdən yorulmayan hörmətli Pompeo, biz istədiyimiz hər yerə və hər müştəriyə neft satacağıq".

  Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo avqustun 31-də “twitter” hesabından paylaşdığı mesajda "İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Adrian Darya-1”in Suriyaya getməyəcəyilə bağlı İngiltərəyə zəmanət verdi, ancaq biz sözügedən tankerin Suriyanın Tartus limanına getdiyi barədə etibarlı mənbədən məlumatlara malikik" yazmışdı.

  Onu da qeyd edək ki, ABŞ hökuməti İran İnqilab Mühafizləri Ordusuna aid sanksiyaları pozduğu üçün Panama bayraqlı İran tankeri "Adrian Darya-1"i sanksiya siyahısına əlavə edib.



Әlaqәli Xәbәrlәr