Babda partlayış törәdilib, xәsarәt alanlar var
Suriyanın şimalındakı Bab rayonunda gecә radәlәrindә iki partlayış törәdilib.
1261345

Suriyanın şimalındakı Bab rayonunda gecә radәlәrindә iki partlayış törәdilib.
Partlayış müxalifәt qüvvәlәrinin nəzarətindəki Bab rayonunun şimal-qərbində yerləşən Süsyan və Numan bölgələri arasındakı әrazidә hәyata keçirilib.
Tәhlükәsizlik qüvvәlәri partlayışların separatçı terror tәşkilatı YPG//PKK terrorçuları tәrәfindәn törәdilmiş ola bilәcәyini bildirir.
Partlayışlar nәticәsindә Azad Suriya Ordususnun dörd üzvü xәsarәt alıb. Onların vәziyyәti ağır olaraq qiymәtlәndirilir.
‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә Afrindәn çıxarılan YPG/PKK Babın şimal-qәrbindәki Tel Rıfat bölgәsini işğal edib.
Bu bölgәdә öz mövcudluğunu davam etdirәn terror tәşkilatı Azad Suriya Ordusunun nәzarәtindәki mövqelәri tez-tez hәdәf alır.