"Livan özünümüdafiə hüququna malikdir"
Livanın Ali Müdafiə Şurası ölkəyə istiqamətlənmiş hər hansı bir hücuma qarşı özlərini müdafiə etmək hüququna malik olduqlarını bildirdi.

Livanın Ali Müdafiə Şurası prezident Mişel Avnın sədrliyi ilə Cəbəli Livan vilayətindəki tarixi Beyt əd-Din sarayında fövqəladə iclas keçirdi.
İclasda bəyannamə qəbul edildi.
Ali Müdafiə Şurasının baş katibi Mahmud əl-Əsmər tərəfindən oxunan bəyannamədə deyilir: " Livanlılar hər hansı bir təcavüzə qarşı özlərini müdafiə etmək hüququna malikdirlər".
Əsmər prezident Avnın iclas zamanı İsrailin son günlərdəki təcavüzləri ilə bağlı məlumat verdiyini bildirdi.
Livan prezidenti iclasda 2006-ci ildən bu yana ilk dəfə bu növ təcavüz olduğunu və Xarici İşlər Nazirliyi vasitəsilə Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasına şikayət etdiklərini söyləyib.
Əsmər baş nazir Saad əl-Haririnin də bu çərçivədə beynəlxalq birliklə apardığı danışıqlar barəsində məlumat verdiyini qeyd etdi.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.