"İran öhdəliklərini yerinə yetirdi, ancaq beynəlxalq ticarət əlaqələri normallaşmadı", C.Zərif

İranın xarici işlər naziri Cavad Zərif Avropa ölkələrinin yalnız müqaviləni dəstəkləyən açıqlamalar verdiklərini, ölkəsindəki insanların iş və gəlirlərini itirdiyini söylədi.

1259587
"İran öhdəliklərini yerinə yetirdi, ancaq beynəlxalq ticarət əlaqələri normallaşmadı", C.Zərif

İranın xarici işlər naziri Cavad Zərif ölkəsinin öhdəliklərini yerinə yetirdiyinin Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən 15 dəfə təsdiq edildiyini, ancaq İranın dünya ilə ticarət əlaqələrinin normallaşmadığını və bu əlaqələrin müqavilədən əvvəlki dövrdəkindən daha pis olduğunu diqqətə çatdırib.

Avropa ölkələrinin yalnız müqaviləni dəstəkləyən açıqlamalar verdiklərini ifadə edən Zərif ölkəsindəki insanların iş və gəlirlərini itirdiyini söyləyib.

Zərif İranın görəcəyi tədbirlərə işarə edərək bildirib ki, sentyabrın 6-da üçüncü mərhələ başlayır. Avropa ilə razılığa gəlinsə və avropalılar bunu həyata keçirməyə başlayarsa, bu addım atılmayacaq.

Avropalılara 120 gün möhlət verdiklərini ifadə edən Zərif  "İndi sərt addımlar atmağın vaxtıdır. ABŞ Avropaya istəklərini yerinə yetirməsi üçün təzyiq edə bilməz və Avropa buna reaksiya göstərməlidir”.



Әlaqәli Xәbәrlәr