"Adrian Dərya-1" tankerindəki xam neft satıldı
İran İngiltərənin nəzarətindəki Cəbəli-tariq Muxtar İdarəsi tərəfindən 50 gün saxlanılan tankerdəki xam neftin satıldığını bildirib.

Hökumət sözçüsü Əli Rebii, paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında, bu barədə məlumat yayıb. Onun sözlərinə görə "Adrian Dərya-1" tankerindəki xam neft satılıb. Rəbii qeyd edib ki, nefti satın alan şəxs tankerin hara gedəcəyinə dair qərar qəbul edəcək.O, neftin kimə satıldığına dair məlumat verməyib.
Ümumdünya "Amerika Birləşmiş Ştatlarının (ABŞ) başqalarının daxili işlərinə müdaxilə etdiyinə şahiddir deyən Əli Rəbii "Adrian Dərya-1" tankerində 130 milyon dollarlıq neft olduğuna diqqət çəkib.
Xam neft satın alanın ABŞ sanksiyalarının hədəfi ola biləcəyi nəzərindən müdafiə edilir.
Әlaqәli Xәbәrlәr

İraqda Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan edildi
“Twitter” hesabından M.Kazımi sözügedən mövzu ilə bağlı yazıb...