Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsilə start verildi

İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşa bildirib...

1257891
Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsilə start verildi

  İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə 2019-2020 tədris ilində Azərbaycan türkcəsində təhsil veriləcək.

  İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşa bildirib:

  “İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq Şərq Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərarı alınıb.

  Dərslər 23 sentyabrdan və həftədə 3 saat olmaqla bu ildən başlanır.  

  Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsil böyük əhəmiyyət daşıyır.  

  İran konstitusiyanın 15-ci maddəsinə əsasən yerli dillərin öyrədilməsilə bağlı tələblər daim səslənirdi. Artıq əyalətimizdə iki dil – Azərbaycan türkcəsi və farsça paralel tədris ediləcək."



Әlaqәli Xәbәrlәr