İraqda terror aktı, xәsarәt alanlar var

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, hadisә Babil şәhәrinin әl-Müseyib qәsәbәsindәki bazarda baş verib.

1257621
İraqda terror aktı, xәsarәt alanlar var

 

 

İraqın Babil şәhәrindә minalanmış motosiklet ilә törәdilәn terror aktın nәticәsindә 28 nәfәr müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, hadisә Babil şәhәrinin әl-Müseyib qәsәbәsindәki bazarda baş verib. Partlayış nәticәsindә ilkin mәlumatlara әsasәn 28 nәfәr xәsarәt alıb.

Partlayışdan sonra bölgәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilib. Xәsarәt alanların xәstәxanaya çatdırıldığı bildirilib.

Qeyd edәk ki, xәsarәt alanlardan bәzilәrinin vәziyyәti ağır olaraq qiymәtlәndirilir.



Әlaqәli Xәbәrlәr