Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

Çeçenistan hökumətinin verdiyi məlumata görə...

1257489
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

 

  Çeçenistan hökumətinin verdiyi məlumata görə, Məhəmməd Peyğəmbərin adını daşıyan Avropanın ən böyük məscidinin açılış mərasimi Şali şəhərində keçirilib.

  Açılışa Rusiyanın ayrı-ayrı bölgələrindən nümayəndə heyətləri gəlib.

  Mərasimdə Çeçenistan bölgə başçısı Ramzan Kadırov "Məscidə Məhəmməd Peyğəmbər adının verildiyini elanetmə fürsətinə görə Allaha minnətdaram" deyib.

  Qeyd edək ki, bu məsciddə eyni zamanda 30 min adam yerləşə biləcək. Qonşu əraziləri də nəzərə alanda burada 100 min müsəlmanın namaz qıla biləcəyini demək mümkündür.

  Tikintisi 7 ilə tammalanan Məhəmməd Peyğəmbər məscidi Yunanıstanın Tasos (Thassos) adasından gətirilən mərmərlərlə bəzədilib.



Әlaqәli Xәbәrlәr