İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan altısı  həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә ona dәstәk verәnlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

1256529
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan altısı  həlak olub

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә ona dәstәk verәnlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar  nәticәsindә altı dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә vә  Rusiyaya   məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki İdlibin Deyr Garbi, Deyr Şarki, Hiş, Kefersence, Muka, Tuh,Bsenkul vә Tel Mennis kәndlәrinә, Temaniyә bölgәsinә, Maaretinuman vә Serakib qәsәbәlәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә  hәrbi müxaliflәrin  verdiyi mәlumatda bildirilib.

Müxalifәt qüvvәlәrinin mәlumatına әsasәn,  Rusiyaya mәxsus döyüş tәyyarәlәrin hәyata keçirdiyi hücumlar nәticәsindә Deyr Garbi kәndindә dörd  dinc sakin hәlak olub.

Rejim qüvvәlәrinin Tel Mennis kәndinә endirdiyi zәrbәlәr nәticәsindә isә iki dinc sakinin hәlak olduğu bildirilir.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 945 min 992 dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki bölgәlәrә  26 aprel-19 avqust   tarixlәri arasında endirdiyi hücumlar nәticәsindә azı 843 mülki vәtәndaş  hәlak olub.



Әlaqәli Xәbәrlәr