ABŞ Suriyada Türkiyənin hərbi konvoyuna edilən hücumu qınadı

ABŞ Suriyanın İdlib şəhərindəki 9 nömrəli müşahidə məntəqəsinə göndərilən Türkiyə hərbi konvoyuna edilən və İdlibdəki mülki vətəndaşlara yönəldilmiş hücumla əlaqədar “Twitter” səhifəsində açıqlama verdi.

1254989
ABŞ Suriyada Türkiyənin hərbi konvoyuna edilən hücumu qınadı

ABŞ Dövlət Departamentinin sözçüsü Morqın Ortaqus Suriyanın İdlib şəhərindəki 9 nömrəli müşahidə məntəqəsinə göndərilən Türkiyənin hərbi konvoyuna edilən və İdlibdəki mülki vətəndaşlara yönəldilmiş hücumla əlaqədar “Twitter” səhifəsində açıqlama verdi.

Ortaqus açıqlamasında “Bəşər Əsəd rejimi və müttəfiqləri İdlibdə əldə olunan atəşkəs qaydalarına dərhal əməl etməlidir. Türkiyənin hərbi konvoyuna edilən xain hücumdan sonra mülki vətəndaşlar, humanitar yardım dəstələri və binalar mərhəmətsiz şəkildə hədəf alındı. Bu xain hücumu qınayırıq və təcili başa çatmasını istəyirik” ifadəsini işlədib.

Qeyd edək ki, Suriyanın İdlib şəhərindəki 9 nömrəli müşahidə məntəqəsinə hərəkət edən zaman Türkiyənin hərbi konvoyuna yönəldilmiş hava hücumu nəticəsində 3 nəfər mülki vətəndaş həlak olmuş, 12 nəfər isə yaralanmışdı.

Türkiyə Müdafiə Nazirliyi İdlib şəhərində hərbi konvoya edilən hücumla bağlı açıqlama verərək hücum qınanmış və lazımı tədbirlərin təcili görülməsini istəmişdi.



Әlaqәli Xәbәrlәr