İraq prezidenti ABŞ və İranı gərginliyi azaltmağa çağırdı

İraq prezidenti Berhem Saleh Amerika Birləşmiş Ştatlarını və İranı gərginliyi azaltmağa çağırdı.

1254335
İraq prezidenti ABŞ və İranı gərginliyi azaltmağa çağırdı

İraq prezidenti Berhem Saleh Amerika Birləşmiş Ştatlarını və İranı gərginliyi azaltmağa çağırdı.

İraq Prezident Aparatından verilən yazılı məlumata görə, Berhem Saleh əvvəlcə İranın Bağdaddakı səfiri İrec Məscidini, daha sonra ABŞ səfiri Metyu Tuellerin başçılıq etdiyi heyəti Bağdaddakı Prezident Sarayında qəbul edib.

Saleh və Məscid görüşdə İraq və İran arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın inkişafını müzakirə ediblər.

Görüşdə eyni zamanda, son siyasi hadisələrə toxunulub və bölgədəki gərginliyi azaltmağın zəruriliyi vurğulanıb.

İraq prezidenti Behrem Salehin ABŞ-ın İraqdakı səfiri Tueller ilə görüşündə iki ölkə arasında əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi üçün fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr