İdlibdə hərbi karvana hücum olub

Suriyanın İdlib şəhərindəki 9 nömrəli müşahidə məntəqəsinə hərəkət edən zaman Türkiyənin hərbi konvoyuna yönəldilmiş hava hücumu nəticəsində 3 nəfər mülki vətəndaş həlak olub, 12 nəfər isə yaralanıb.

1254934
İdlibdə hərbi karvana hücum olub

Suriyanın İdlib şəhərindəki 9 nömrəli müşahidə məntəqəsinə hərəkət edən zaman Türkiyənin hərbi konvoyuna yönəldilmiş hava hücumu nəticəsində 3 nəfər mülki vətəndaş həlak olub, 12 nəfər isə yaralanıb.

Türkiyə Müdafiə Nazirliyi İdlib şəhərində hərbi konvoya edilən hücumla bağlı açıqlama verib. Açıqlamada hücum qınanıb və lazımı tədbirlərin təcili görülməsi istənib.

Nazirliyin açıqlamasında İdlib bölgəsində Rusiya Federasiyası ilə qəbul edilən mövcud müvaqilələrə zidd olaraq rejim tərəfindən həyata keçirilən və mülki, günahsız insanlara ciddi zərərlər verərək, gedərək humanitar faciəyə çevrilən əməliyyatların Rusiya Federasiyası rəsmilərinə edilən bütün xəbərdarlıqlara baxmayaraq davam etdiyi bildirilib. 

Bu əməliyyatların razılaşmalara zidd olaraq davam etdiyi vurğulanan açıqlamada bildirilib ki, 9 nömrəli müşahidə məntəqəsinin təhlükəsizliyini təmin etmək, tədarük yollarını açıq saxlamaq və bölgədəki mülki və günahsız insanların ölüm hallarının qarşısını almaq, tərəflər arasındakı gərginliyi azaltmaq məqsədi ilə 19 avqust 2019-cu il tarixində saat 05.30-da koordinasiya təmin edilməsi üçün Rusiya Federasiyası tərəfinə məlumat verilərək bölgəyə hərbi konvoy göndərilməyə başlandı. Bu vaxtda konvoyumuza  saat 08.55-də hava hücumu həyata keçirildi, konvoyda olan 3 mülki şəxs öldürüldü və 12 mülki şəxs yaralandı. Mövcud  razılaşmalara və Rusiya Federasiyası ilə aramızdakı əməkdaşlıq və  dialoqa zidd olan bu hücumu qınayır, qanuni müdafiə hüququna xələl gətirmədən, bunun təkrarlanmaması üçün lazımi tədbirlərin təcili görülməsini gözləyirik.



Әlaqәli Xәbәrlәr