Əfqanıstanda bombalı hücum

Əfqanıstanın şimalındakı Bəlx əyalətində həyata keçirilən bombalı hücum nəticəsində 12 nəfər həyatını itirdi.

1254372
Əfqanıstanda bombalı hücum

Əyalətin Davlat Abad şəhəri icra hakimiyyətinin başçısı Məhəmməd Yusifin məlumatına görə Barbar kəndinin yaxınlığında törədilən hadisədə mülki şəxsləri daşıyan bir mikroavtobus hədəf götürülüb. Avtobusun keçdiyi əsnada yolda yerləşdirilmiş bomba uzaqdan kontrol aparatı ilə partladılıb. Yusif bildirib ki, həyatını itirənlərin 7-si qadın ikisi isə uşaqdır.

Hücuma görə məsuliyyəti üzərinə götürən terror təşkilatı və ya qruplaşmanın olmamasına baxmayaraq Yusif terror təşkilatı Talibanı ittiham edib.

 



Әlaqәli Xәbәrlәr