Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

Ölkənin rəsmi qəzetinin 31 iyul tarixli sayında dərc olunan qərara görə...

1254226
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

  Yunanıstan Təhsil Nazirliyi Qərbi Trakiyada "şagird sayının qeyri-kafi olması"nı səbəb göstərərək 5 azlıq məktəbinin bağlanılmasına qərar verdi.

  Ölkənin rəsmi qəzetinin 31 iyul tarixli sayında dərc olunan qərara görə, Rodopda Böyük Doğunca, Bulduklu, Məlikli, Dündarlı və Ksantinin (İskeçe) Zeynelli kəndlərində azlıq ibtidai məktəblərinin fəaliyyətləri 2019-2020-ci təlim-tədris ilindən etibarən müvəqqəti olaraq dayandırılıb. Beləliklə, sözügedən qərarla 2011-ci ildən bu yana "şagird qeyri-kafiliyi" səbəbiylə bağlanılan türk azlıq ibtidai məktəblərinin sayı 65-ə enmiş oldu.

  Rodop-Meriç Selanik Xüsusi Pedaqoji Akademiyasının (SÖPA) məzunu, Müəllimlər Dərnəyinin sədri Saleh Əhməd mövzu ilə bağl deyib: "Şagird sayının qeyri-kafi olduğu irəli sürülərək azlıq məktəblərinin bağlanılması və ya birləşdirilməsi təhsilə qatqı təmin etməyən səhv bir tətbiqdir. Azlıq məktəbləri fərqli bir statusa malikdir və onların çalışma və bağlanması qanunlara əsasən edilməlidir. Bununla bağlı heç vaxt valedeynlərlə məsləhətləşilməyib”.



Әlaqәli Xәbәrlәr