İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan ikisi həlak olub

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının  verdiyi mәlumatda bildirilib.

1253826
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan ikisi həlak olub

 

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә ona dәstәk verәnlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar  nәticәsindә azı 2  dinc sakin  hәlak olub, 23 nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə vә ona dәstәk verәnlәrә  məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Xan Şeyxun vә Eriha qәsәbәlәri, Bıdama bölgәsi, Marithırme , Hiş, Rekaya, Qadfa vә Has  kәndlәri ilә  Hәmanın şimalındakı Kefer Zita, Latamine qәsәbәlәrinә vә Latmin kәndinә hava hücumu tәşkil edib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının  verdiyi mәlumatda bildirilib.

Müxalifәt qüvvәlәrinin mәlumatına әsasәn,  Rusiyaya mәxsus döyüş tәyyarәlәri Lazkiyәnin  Kәbinә kәndinә, İdlibin Teri, Secne, Rekaya vә Has kәndlәrinә hücum tәşkil edib. Rusiyaya mәxsus döyüş tәyyarәlәrinin hücumu nәticәsindә 13 nәfәrin öldüyü, 22 nәfәrin dә xәsarәt aldığı bildirilir.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. 

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki bölgәlәrә  26 aprel-27 iyul  tarixlәri arasında endirdiyi hücumlar nәticәsindә 208-i uşaq, 140-ı da qadın olmaqla 781 dinc sakin hәlak olub.



Әlaqәli Xәbәrlәr