İsrail polisi  daha bir fǝlǝstinlini öldürdü

İsrail polisi, Qüdsün köhnə şəhər ərazisində polisə hücum təşkil etdiyini irəli sürərək bir Fələstinlini şəhid etdi. Polisin silahlı hücumu nəticəsində iki fələstinli isə yaralandı.

1253263
İsrail polisi  daha bir fǝlǝstinlini öldürdü

Fələstin Səhiyyə Nazirliyindən yayılan məlumata görə, hadisə Qüdsün köhnə şəhər məhəlləsində baş verib. Həyatını itirən və yaralanan fələstinlilərin səxsiyəti haqqında ətraflı məlumat verilməyib.

İsrail polisi idarəsindən yayılan açıqlamada isǝ Qüdsün Köhnə şəhər ərazisində bir polis məmurunun bıçaqlandığı, buna cavab olaraq təhlükəsizlik qüvvələrinin fələstinlilərə atəş açdığı və iki fələstinlinin vurulduğu bildirilib.



Әlaqәli Xәbәrlәr