Bağdadda silah-sursat anbarında partlayış olub

Bu barәdә Bağdad Polis İdarәsinin rәsmisi Hatim әl-Cabiri mәlumat verib.

1251851
Bağdadda silah-sursat anbarında partlayış olub

 

İraqın paytaxtı Bağdadda Haşdi Şabi qüvvәlәrinә mәxsus silah-sursat  anbarında partlayış baş verib.

Bu barәdә Bağdad Polis İdarәsinin rәsmisi Hatim әl-Cabiri mәlumat verib. Hatim әl-Cabiri bildirib ki, Haşdi Şabi qüvvәlәrinin Bağdadın cәnubundakı Uveyrik bölgәsindәki silah-sursat anbarında baş verәn yanğın nәticәsindә partlayış olub.

Polis İdarәsinin rәsmisi hәmçinin qeyd edib ki, hadisә yerinә çox sayda yanğınsöndürәn cәlb olunub. Hadisә ilә bağlı әtraflı mәlumat verilmәyib.



Әlaqәli Xәbәrlәr