Suriyada Rusiyaya məxsus təyyarələrin hücumu nəticəsində 4 mülki vətəndaş ölüb

Suriyada Bəşər Əsəd rejiminin tərəfdarı Rusiyanın İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə dünən axşam radələrində havadan etdiyi hücumlarında 4 mülki vətəndaş həyatını itirib.

1250582

Suriyada rejim və tərəfdarları Xan Şeyxun qəsəbəsi, Temaniye bölgəsi, Habit, Sukeyk, Kefersecne, Medaya və Ermanaya kəndlərinə, Həmanın şimal ərazilərində Kefer Zita, Latamine qəsəbələrinə və Latmin kəndinə dünən axşam saatlarında quru və havadan hücumlarını artırıb.

Müxalifətə məxsus təyyarə rəsədxanası ilə Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən məlumata görə, Rusiyaya məxsus təyyarələrin bombardmanında İdlibin Xan Şeyxun qəsəbəsində 3, Həmanın Latmin kəndində bir dinc vətəndaş həyatını itirib.

Mülki Müdafiə işçiləri dağıntıların altında xilaskarlıq fəaliyyətlərini davam etdirir.

Әlaqәli Xәbәrlәr