İranın müdafiə nazirinin beynəlxalq koalisiya ilə bağlı xəbərdarlığı

İranın müdafiə naziri Əmir Haməti ABŞ-ın Bəsra körfəzində yaratmaq istədiyi beynəlxalq koalisiyaya İsrailin də qoşulmasının bölgə üçün faciə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

1250401
İranın müdafiə nazirinin beynəlxalq koalisiya ilə bağlı xəbərdarlığı

İranın müdafiə naziri Əmir Hatəmi ABŞ-ın Bəsra körfəzində yaratmaq istədiyi beynəlxalq koalisiyaya İsrailin də qoşulmasının bölgə üçün faciə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

İranın Müdafiə Nazirliyinin açıqlamasına görə, Hatəmi Küveyt, Qətər və omanlı həmkarları ilə telekonfrans vasitəsilə keçirdiyi görüşdə ABŞ-ın Bəsra körfəzi və ətrafında gəmilərin hərəkətilə bağlı təhlükəsizliyin təmin edilməsi üçün təşkil etməyə cəhd göstərdiyi beynəlxalq koalisiyanın bölgədə təhlükəni artıracağını söyləyib.

Hatəmi ABŞ-ın bölgədəki təhlükənin qaynağı olduğunu da vurğulayıb.

İsrailin də ABŞ-ın yaratmaq istədiyi koalisiyaya qoşulacağına dair iddialara da toxunan Hatəmi “Belə bir adım təxribatçılıq olar və bölgə üçün faciə ilə nəticələnə bilər” deyib.

Xatırladaq kı, ABŞ rəhbərliyinin Hörmüz boğazı və Babul Məndəbdə gəmilərin hərəkətilə bağlı təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq koalisiya qurma təşəbbüsünə İngiltərədən başqa Avropa ölkələri mənfi cavab vermişdi.

Son olaraq İsrailin xarici işlər naziri Yisrael Katz rəsmi Tel Əvivin ABŞ-ın Körfəzdə qurmağa cəhd göstərdiyi beynəlxalq koalisiyanın bir hissəsi olduğunu söyləmişdi.



Әlaqәli Xәbәrlәr