Əsəd rejiminin İdlib deeskalasiya zonasının cənub-qərbinə olan hücumları intensivləşdi

Suriyada Bəşər Əsəd rejimi son iki həftədə Rusiyanın havadan verdiyi dəstəklə birlikdə İdlib deeskalasiya zonasının cənub-qərbinə olan hücumlarını intensivləşdirdi.

1249455

Əvvəlcə Hama vilayətinin şimal-qərbində Tel Meleh və Cubbeyn kəndlərini  ələ keçirən rejim ötən gecə Erbain kəndini  Azad Suriya Ordusundan aldı.

Rejim qüvvələri artıq Zəkət kəndinə üz tutublar.

Rejim  Zəkatı ələ keçirərsə, Kefer Zita ilə Latamine rayonları arasındakı əlaqə kəsiləcək.

Latamine rayonunu qoparan rejim qüvvələri sonrakı həmlə ilə  Kefer Zitaya irəliləyəcək və atəşkəs rejimini nəzərdə tutan İdlib razılaşmasına baxmayaraq, iki böyük yaşayış məntəqəsinə nəzarət edə biləcəklər.

Digər tərəfdən, müxaliflərin məlumatına görə, Rusiyaya məxsus döyüş təyyarələri Zəkat kəndinə hücumu davam etdirirlər.

Әlaqәli Xәbәrlәr