Rusiyada Silah anbarındakı partlayışdan sonra bölgə boşaldıldı

Rusiyada dünən silah anbarında baş verən partlayışa görǝ bölgǝdǝn 16 min 500-dən çox insan təxliyə edildi.

1248855
Rusiyada Silah anbarındakı partlayışdan sonra bölgə boşaldıldı

Rusiya xəbər agentliyi TASS-ın Rusiya Fövqəladə Hallar Nazirliyinǝ istinad etdiyi xǝbǝrinǝ görǝ, hadisǝdǝn dǝrhal sonra hǝyata keçirilǝn tǝhlükǝsizlik tǝdbirliri çǝrçivǝsindǝ ǝrazinin yaxınında yaşayan 9 min 533 adam təxliyə edildi. Təxminən 7 min adam da öz imkanları ilə bölgədǝn ayrıldı.

Digər tərəfdən 3 şəhər və 2 qəsəbədə 30-a qǝdǝr müvǝqqǝti sığınacaq yaradılıb. Bildirilib ki, bu sığınacaqlarda 3 min 857 adam yerlǝşdirilib. Bölgǝdǝn evakuasiya olanlara tibbi və psixoloji yardım çatdırılır.

Qeyd edǝk ki, Partlayış Rusiyanın Krasnoyarsk bölgəsində yerlǝşǝn silah anbarında baş verib.

 

 



Әlaqәli Xәbәrlәr