"ABŞ qadağan edilən silahları üzə çıxararsa, Rusiya da eyni addımları atacaq", V.Putin

Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin pozulmasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirən Putin dedi...

1248334
"ABŞ qadağan edilən silahları üzə çıxararsa, Rusiya da eyni addımları atacaq", V.Putin

  Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (İNF) çıxaraq dünyanı təhlükəyə saldığı fikrini bir daha virğuladı.

  Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin pozulmasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirən Putin deyib:

  "ABŞ İNF-dən geri çəkilməklə beynəlxalq əmniyyəti təhlükəyə saldı. Amerikanın hərəkətləri idarəsiz silah yarışına yol aça bilər. Məsələn, ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsində qadağan edilən silahları üzə çıxararsa, Rusiya da eyni addımları atacaq. Rusiya təhdidlərə qarşı “X-101”, “Kalıbar” və “Tsirkon” kimi raket sistemləriylə təhlükəsizliyini təmin edəcək. ABŞ və müttəfiqləri beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün sağlam fikir yürütməlidirlər. Strateji sabitlik və təhlükəsizliyin təmin edilməsi ilə bağlı bütün müzakirələrə hazırıq."



Әlaqәli Xәbәrlәr