Ukrayna prezidenti Zelenski Türkiyəyə gələcək

Ukrayna prezindenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə rəsmi səfərə gələcək.

1248075
Ukrayna prezidenti Zelenski Türkiyəyə gələcək

  Ukrayna Dövlət Aparatı mətbuat xidmətindən yayılan məlumata görə, prezident Zelenski 7-8 avqust tarixlərində Türkiyədə səfərdə olacaq. O, səfəri çərçivəsində paytaxt Ankarada prezident Ərdoğanla görüşəcək. Daha sonra İsranbula keçərək Fənər Yunan Patriarxı Bartolomeos bir araya gələcək.

  Xatırladaq ki, V.Zelenski aprel ayında keçirilən prezident seçkilərindən dərhal sonra istirahət məqsədiylə Türkiyənin Muğla şəhərinin Bodrum qəsəbəsinə gəlmişdi. 



Әlaqәli Xәbәrlәr