Rəsmi Bağdad xəbəri təkzib etdi

İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən qaçaqmal yanacağı daşıdığı iddiası ilə Bəsra körfəzində saxlanılan neft tankerinin İraqa aid olduğu bildirildi.

1247664
Rəsmi Bağdad xəbəri təkzib etdi

İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən qaçaqmal yanacağı daşıdığı iddiası ilə Bəsra körfəzində saxlanılan neft tankerinin İraqa aid olduğu bildirildi.

Bununla bağlı məlumatı İranın rəsmi xəbər agentliyi “İRNA” yaydı.

“Hita” adlı gəminin İrandan qaçırdığı yanacağı Bəsra körfəzi ətrafındakı Ərəb ölkələrinə daşıdığı irəli sürüldü.

Qeyd edək ki, İranda qaçaqmalçılar dövlətin maddi köməklik göstərdiyi yanacaq məhsullarını ölkə xaricinə satmağa cəhd göstərir.

Digər tərəfdən İraqın Neft Nazirliyi saxlanılan gəminin ölkəsinə aid olduğu iddiasını təkzib etdi.



Әlaqәli Xәbәrlәr