Liviyada Hafterə tabe olan qüvvələr Merzuk şəhərinə aviazərbələr endirdilər

Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə aid hərbi təyyarələrin ölkənin cənub-qərbindəki Merzuk şəhərinə endirdiyi aviazərbələr nəticəsində 20 nəfər öldü, 35-dən çox insan yaralandı.

1247708
Liviyada Hafterə tabe olan qüvvələr Merzuk şəhərinə aviazərbələr endirdilər

Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə aid hərbi təyyarələr ölkənin cənub-qərbindəki Merzuk şəhərinə  aviazərbələr endirdilər.

Nəticədə 20 nəfər öldü, 35-dən çox insan yaralandı.

Bu barədə xəbəri Liviyanın "Əl-Əhrar" televiziyası Merzuk şəhərinin millət vəkili Rahme Ademin verdiyi məlumata əsaslanaraq  yaydı.

Mətbuatda  hücumla bağlı dərc olunan xəbərlərdə toy mərasiminin hədəf alındığı bildirildi.

Hafter qüvvələrindən isə məsələ ilə bağlı bir açıqlama yoxdur.



Әlaqәli Xәbәrlәr