İran qaçaq maye yanacaq daşıyan xarici tankeri yaxaladı

“Fars” yarı rəsmi xəbər agentliyinə İnqilab Keşikçiləri Ordusu Dəniz Donanması İkinci Bölgə komandiri Ramazan Zirahinin verdiyi məlumata görə...

1247530
İran qaçaq maye yanacaq daşıyan xarici tankeri yaxaladı

  İran İnqilab Keşikçiləri Ordusu Bəsrə körfəzində 700 min litr qaçaq maye yanacaq daşıdığı iddiası ilə xarici bir tankerə əl qoydu. Tankerdəki 7 xarici vətəndaş nəzarətə götürüldü.

  “Fars” yarı rəsmi xəbər agentliyinə İnqilab Keşikçiləri Ordusu Dəniz Donanması İkinci Bölgə komandiri Ramazan Zirahinin verdiyi məlumata görə, 31 iyulda Bəsrə körfəzində 700 min litr qaçaq maye yanacağı daşıyan xarici bir tanker yaxalanıb. Tankeri Bəsrə körfəzi ətrafındakı ərəb ölkələrinə qaçırmağa çalışan 7 adam nəzarətə alınıb. Müdaxilələrdən sonra tanker qanuni proseduralar üçün Farsi adasına gətirilib.

 



Әlaqәli Xәbәrlәr