ABŞ Əfqanıstandan qoşunlarını çıxarır

ABŞ  ilə Taliban arasında davam edən danışıqlar nəticəsində tərəflər arasında hazırlanan razılaşma mətnində Əfqanıstanda vəzifə icra edən minlərlə ABŞ əsgərinin ölkədən çıxarılacağı məlumatı əks edib.

1246942
ABŞ Əfqanıstandan qoşunlarını çıxarır

Vashinqton Post qəzeti ABŞ  səlahiyyətlilərinə   istinad  etdiyi  xəbərində: “   Razılaşma   mətnində Tramp rəhbərliyi, atəşkəs və Əl-Qaidədən  imtina  da  daxil  olmaqla Talibanın güzəştləri qarşılığında Əfqanıstandan  minlərlə  əsgəri  çıxarabiləcəyini   vəd  edib.  Talibanın Əfqanıstan hökuməti ilə hərtərəfli sülh sazişi üzərində danışıqlar aparması   əsas  şərtlər  arasına  daxil  edilib.   Bunun   yerinə  yetirilməsi  halında  ABŞ-ın  bu  ölkədəki  qoşunlarının sayı 14000-dən 8000-ə endiriləcək”.

Qəzetin  xəbərinə  görə tərəflər  arasındakı  razılaşma mətni ABŞ-ın Əfqanıstandakı Xüsusi Nümayəndəsi Zalmay Xəlilzad və Taliban arasında  neçə aydır davam edən danışıqlar  nəticəsində  hazırlanıb  və  Əfqanıstanda keçiriləcək növbəti prezident seçkiləri  əvvəli   imzalanması   gözlənilir.

Razılaşma Əfqanıstanda müharibənin dayandırılması yolunda  atılan   əhəmiyyətli   addım   olaraq  qəbul  edilin.



Әlaqәli Xәbәrlәr