"ABŞ beynəlxalq müqavilələri pozmaqla məşğuldur"

Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada ABŞ-ın İNF-dən çəkilməsini tənqid edərək yazır...

1247075
"ABŞ beynəlxalq müqavilələri pozmaqla məşğuldur"

  Rusiya Amerika Birləşmiş Ştatlarının Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (İNF) çəkilməklə böyük səhv etdiyini bildirdi.

  Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada ABŞ-ın İNF-dən çəkilməsini tənqid edərək yazır:   

  “ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsində məsələsində qərəzli olaraq aşılmaz bir böhran yaradaraq müqavilənin məhdudiyyətlərindən xilas olmaq istəyir. Amma Amerika Birləşmiş Ştatları İNF-dən çəkilməklə böyük səhv etdi.  

  Beynəlxalq müqavilələri pozmaqla məşğul olan ABŞ-ın hərəkətləri silah nəzarət sisteminin çökməsinə yol açır.

  Rusiya ABŞ ilə beynəlxalq təhlükəsizliklə bağlı dialoqa hər zaman açıqdır. Biz Amerikanı müqavilənin qadağan etdiyi raketləri yerləşdirməkdən imtina etməyə və qlobal sabitliyin təmin olunması üçün addımlar atmağa çağırırıq".



Әlaqәli Xәbәrlәr