Rusiya "Okean Qalxanı-2019" hərbi təlimə start verdi

Rusiyanın "Okean Qalxanı-2019" hərbi təliminə Baltik dənizində start verildi.

1246293
Rusiya "Okean Qalxanı-2019" hərbi təlimə start verdi

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə  Rusiya  Hərbi Dəniz Donanması və Hava-Kosmik Qüvvələri  tərəfindən başladılan hərbi təlimdə   69 gəmi, 58 təyyarə və helikopter ilə 10 min 634 hərbçi iştirak  edir.

Açıqlamada  təlim zamanı donanmalar arasında qruplaşma, donanmanın gücünü idarəetmə qabiliyyəti, dəniz donanmasının Rusiyanın maraqlarını qorumağa hazır olub olmadığını yoxlamaq üçün sınaqdan keçiriləcəyi bildirilib.  Tərbi təlim 9 avqusta qədər davam edəcək.

Sentyabr ayında  keçirilən   Okean Qalxanı təlimi Rusiyanın müasir tarixində dəniz donanması və Aralıq dənizindəki hava-kosmik qüvvələr tərəfindən həyata keçirilən ilk hərbi təlim hesab  edilir. 



Әlaqәli Xәbәrlәr