İsrail İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məskənlərini böyüdür

İsrail rəhbərliyi İordan çayının işğal altındakı qərb sahilindəki qeyri-qanuni yəhudi məskunlaşması fəaliyyətini davam etdirir. Belə ki, 6 min də qanunsuz mənzil inşa ediləcək.

1245637
İsrail İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məskənlərini böyüdür

İsrail rəhbərliyi İordan çayının işğal altındakı qərb sahilindəki qeyri-qanuni yəhudi məskunlaşması fəaliyyətini davam etdirir. Belə ki, 6 min də qanunsuz mənzil inşa ediləcək.
 

 Bu barədə xəbəri İsrail Dövlət Yayım Təşkilatı KAN yaydı.   

Xəbərə görə, İsrailin Təhlükəsizlik məsələləri üzrə Kabineti İordan çayının işğal altındakı qərb sahilində yəhudilər  üçün 6 min yeni mənzil inşa etmək planını təsdiq edib.
 
 Xəbərdə Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşnerin Orta Şərqə yaxın zamanda başlayacaq səfər  ərəfəsində sözügedən inşaat planının təsdiq olunmasının mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi.
 
Qeyd edək ki, İsrail rəhbərliyi son illərdə İordan çayının işğal altındakı qərb sahili ilə Şərqi Qüdsdəki qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin böyüdülməsi işinə təkan verib.

 İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində  250-ə yaxın qeyri-qanuni yəhudi yaşayış məntəqəsi yerləşir. Bu yerlərdə məskunlaşdırılmış 400 mindən çox yəhudi burada işğal altında yaşayan fələstinlilərin həyatını daha da çətinləşdirir.
 
 Bu yaşayış məskənlərindən bəziləri koma və konteynerlərdən ibarət nizamsız yəhudi yaşayış məntəqələrindən ibarətdir.
 
 Şərqi Qüdsdə isə 18 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi vardır. Bunlarda 220 mindən çox yəhudi yaşayır.
 
 Beynəlxalq hüquqa əsasən, işğal altındakı torpaqlarda bütün yəhudi yaşayış məntəqələri qeyri-qanunidir.



Әlaqәli Xәbәrlәr