Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti İrana qarşı hərəkətə keçməyə çağırdı

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr  beynəlxalq ictimaiyyəti İranın nəqliyyat sərbəstliyinə təcavüz etməsi ilə bağlı hərəkətə keçməyə çağırdı.

1239741
Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti İrana qarşı hərəkətə keçməyə çağırdı

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr  beynəlxalq ictimaiyyəti İranın nəqliyyat sərbəstliyinə təcavüz etməsi ilə bağlı hərəkətə keçməyə çağırdı.

Cübeyr rəsmi "Twitter" hesabından bölüşdüyü ismarışında nəqliyyat sərbəstliyinə qarşı hər növ təcavüzü beynəlxalq hüququn pozulması kimi səciyyələndirdi.

 "İran mülki ingilis gəmisini saxlamasının beynəlxalq hüquq normaları baxımından qəbuledilməz olduğunu bilməlidir"  deyən Cübeyr beynəlxalq ictimaiyyətin bu tərz davranışlara qarşı hərəkətə keçməsinin vacibliyini vurğuladı.

 Qeyd edək ki, İranın cümə günü Hörmüz boğazında biri Böyük Britaniya, biri də Liberiyaya aid olan 2 neft tankerini saxladığı bildirilmişdi. İngilis mətbuatı Liberiya bayraqlı tankerin də Britaniyaya aid olduğunu yazmışdı.

 İran İngiltərə bayraqlı tanker "Steno İmpero"nu dənizçilik qaydalarına riayət etmədiyi  üçün saxladığını, ingilis şirkətinə aid Liberiya bayraqlı tanker "Mesdar"ın isə yoluna davam etdiyini açıqlamışdı.

Britaniya donanması 4 iyul tarixində Cəbəllütariqdə Suriyaya neft daşıdığı iddia edilən İrana məxsus Panama bayraqlı bir tankerin saxlanılması məsələsinə qarışmışdı.

 Böyük Britaniyaya tabe olan İspaniyanın cənubundakı Cəbəllütariq muxtar rəhbərliyi İran tankerinin Avropa İttifaqının Suriyaya tətbiq etdiyi embarqolara əməl etməməsi səbəbindən saxlanıldığını açıqlamışdı.

 İran "Grace1" tankerinin saxlanılmasının İngiltərə üçün "nəticələri olacağı"nı bildirmişdi.

Britaniya donanmasına aid "HMS Montrose" gəmisinin keçən həftə Hörmüz boğazından keçən bir ingilis neft tankerini dayandırmağa çalışan 3 İran gəmisini uzaqlaşdırdığı iddia edilmişdi.

Böyük Britaniya bölgəyə gəmilərini qorumaq üzrə ikinci bir döyüş gəmisi göndərəcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr