Әrbildә törәdilәn hücum nәticәsindә xәsarәt alan bir İraq vәtәndaşı da hәlak oldu

Bu barәdә İraq Kürd Regional Rәhbәrliyinin mәhkәmә-tibbi ekspertiza qurumunun bir rәsmisi mәlumat verib.

1237783
Әrbildә törәdilәn hücum nәticәsindә xәsarәt alan bir İraq vәtәndaşı da hәlak oldu

 

 

İraqın Әrbil şәhәrindәki bir restoranda dünәn hәyata keçirilәn silahlı hücum nәticәsindә xәsarәt alan bir dinc sakin dә hәlak olub.

Bu barәdә İraq Kürd Regional Rәhbәrliyinin mәhkәmә-tibbi ekspertiza qurumunun bir rәsmisi mәlumat verib. Mәlumata әsasәn, hәlak olan şәxsin nәşi ailәsinә tәhvil verilib.

Әrbil orqanları mәsәlә ilә bağlı rәsmi açıqlama vermәyib.

Qeyd edәk ki, İraqın şimalındakı Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşlarının da olduğu restorana silahlı hücum təşkil olundu. Hücumda 1 türkiyəli diplomat şəhid oldu. Hücumda bir nəfərin də yaralandığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr