Qətər və Rusiya arasında hərbi əməkdaşlıq inkişaf etdirilir

Qətər Dəniz Qüvvələri Komandiri Abdullah bin Həsən əl-Suleyti Rusiyalı həmkarı Vladimir Korolyov ilə görüşüb. Danışıqlar zamanı iki ölkə arasındakı hərbi əlaqələr müzakirə olunub.

1237002
Qətər və Rusiya arasında hərbi əməkdaşlıq inkişaf etdirilir

Qətər müdafiə nazirliyindən yayılan məlumata görə, Suleyti Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən Beynəlxalq Dənizçilik Müdafiə Sərgisində iştirakı çərçivəsində Korolyov ilə bir araya gəlib. Bildirilib ki, iki həmkar arasında baş tutan görüşdə Rusiya və Qətər hərbi əlaqələrinin irəli pillələrə qaldırılması mövzusu gündəmə daxil edilib. Görüş ilə bağlı ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Rus mətbuatının xəbərinə görə may ayında Rusiya prezidenti Vladimir Putin ölkəsinin Dohadakı səfirliyi  yanında hərbi attaşe ofisinin yaradılmasını nəzərdə tutan bir qərarnamə imzalamışdı. Rusiyada fəaliyyət göstərən RT Ərəb telekanalı isə, sözügedən qərarnaməni "Moskvanın Qətər ilə hərbi və texniki əlaqələri yaxşılaşdırma" niyyətinin göstəricisi olaraq xarekterizə etmişdi. 2017-ci ilin oktyabrında isə Rusiya Müdafiə naziri Sergey Şoyqunun Dohaya reallaşdırdığı səfər çərçivəsində isə Qətər və Rusiya arasında hərbi texniki əməkdaşlıq və hava müdafiə sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma və mütabiqət mətni imzalanmışdı.



Әlaqәli Xәbәrlәr