Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”

Avropa İttifaqı ilə mövcud siyasi, iqtisadi və sosial məsələlər üzrə konstruktiv dialoqa hazırıq. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

1237232
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”

Kremlindən yayılan yazılı şərhə görə, Vladimir Putin Almaniyanın müdafiə naziri Ursula Con Der Leyenə Aİ Komissiyasının sədri vəzifəsinə başlaması münasibətiylə təbrik məktubu ünvanlayıb.

Putin məktubunda Avropa İttifaqından danışıb. Prezident vurğulayıb ki, Rusiya Avropa İttifaqı ilə əməkdaşlıq etməyə hazırdır. "Biz Almaniya və Avropa İttifaqı mövzusuna ciddi yanaşırıq", - deyə Vladimir Putin qeyd edib.

Qeyd edək ki, Avropa Parlamenti Almaniyanın müdafiə naziri Ursula Con der Leyenin Aİ Komissiyasının sədri təyin edildiyilə  bağlı  qərarı  dünən təsdiq etdi.

 

 



Әlaqәli Xәbәrlәr